Xəbər verdiyimiz kimi, "İnter" PİK-in Uşaq Gənclər Futbol Məktəbinin 2000-ci il təvəllüdlü futbolçulardan ibarət komandası "Dinamo- Batumi" klubunun 90 illiyinə həsr olunmuş futbol turnirində iştirak etmək üçün qonşu Gürcüstana yollanmışdı. Siasport.az saytının məlumatına görə, "İnter" yarımfinal mərhələsində "Dinamo" (Batumi) ilə qarşılaşıb. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb və qalib penaltilər seriyasında müəyyənləşib. Penaltilərdə "İnter" daha dəqiq oynayaraq (5:4) finala vəsiqə qazanıb.
Bu gün keçirilən final mərhələsində isə Azərbaycanın iki təmsilçisi - "İnter" və "Əlincə" komandaları üz-üzə gəlib. Bu qarşılaşmada "Əlincə" 1:0 hesabı ilə üstün olaraq turnirin qalibi olub. "İnter" isə Vətənə gümüş medallarla qayıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB