İstanbulun "Qalatasaray" futbol klubu, qış transfer dövründə bir sıra futbolçularla yollarını ayıracaq. Siasport.az saytı xəbər verir ki, "cim bom" artıq heyətdən kənarlaşdıracağı ilk futbolçunu müəyyənləşdirib. Belə ki, yeni baş məşqçi Roberto Mançinin gələn il heyətdə görmək istəmədiyi Dany Nounke, digər bir Superliqa təmsilçisi olan "Karabükspor"a transfer olunacaq. "Fanatik.com.tr" idman saytı yazır ki, kamerunlu futbolçu ilə "Karabükspor" rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticələnib və D.Nounke gələn ildən icarə əsasında bu komandanın şərəfini qoruyacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə