Madrid "Real"ı, kral klubunun qolkiperi Dieqo Lopezi heyətinə qatmaq üçün təklif göndərən London "Çelsi"sinə rədd cavabı verib. Siasport.az saytı xəbər verir ki, hazırda London klubunun sükanı arxasında olan "Real"ın keçmiş baş məşqçisi Joze Mourinyo kral klubunun qolkiperini heyətə qatmaq istəyir. Bir neçə müddətdir ki, İspaniya və İngiltərə mətbuatı bu barədə yazılar dərc etməkdədir. Lakin "zadəğanların" ilk təklifi kral klubu tərəfindən rədd olunub. İspaniya mətbuatı yazır ki, Madrid klubunun rəhbərliyi, hələ də keçmiş baş məşqçilərinə qarşı soyuq münasibətini davam etdirdiyi üçün elə ilk həmlədəcə "Çelsi" rədd cavabı ilə üzləşib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB