Dünya çempionatının seçmə mərhələsinə hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib. Siasport.az saytının məlumatına görə, Faiq Qarayevin rəhbərlik etdiyi komanda Bakıda qonaq olan Rusiyanın "Uraloçka" klubu ilə qarşılaşıb.
Ruslara qarşı Yana Ağayeva, Oksana Parxomenko, Natalya Məmmədova, Polina Rəhimova, Natəvan Qasımova, Ayşən Əbduləzimova və Ceyran Əliyeva mübarizə aparıblar. Görüş yığmamızın 2:1 (31:29, 25:21, 24:26) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, millimizin bu gün də "Uraloçka" ilə oyunu nəzərdə tutulub. Qarşılaşma saat 17:00-da Azərbaycan Voleybol Mərkəzində olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB