Taekvondo üzrə Avropa çempionatı Ukraynada yox, Azərbaycanda keçiriləcək
Ukraynada taekvondo üzrə Avropa çempionatının keçirilməsi ləğv edilib. Siasport.az saytının məlumatına görə, 2014-cü ildə bu çempionatın keçirilməsini ləğv etmək qərarı Avropa Taekvondo İttifaqı ilə Ukraynanın televiziya verilişləri şirkətləri arasında yaranmış problemlərlə əlaqədar olaraq qəbul edilib.
Azərbaycanın Taekvondo Federasiyası ilə məsləhətləşmələrdən sonra qərara alınıb ki, Avropa çempionatı 2014-cü il mayın 1-dən 5-dək Bakıda keçirilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB