"Real"ın futbolçusu Frank Riberini təhqir etdi

Madrid "Real"ının portuqaliyalı futbolçusu Fabio Koentrau, "Bavariya"nın oyunçusu Frank Riberi haqda sərt ifadələr səsləndirib. Siasport.az saytı xəbər verir ki, həmyerlisi və komanda yoldaşı olan Kriştiyanu Ronaldonu tərfiləyən portuqaliyalı futbolçu bildirib ki, F.Riberi "Qızıl top"u alacaq səviyyədə deyil: "Ronaldo və Messi dünyanın ən yaxşı futbolçularıdır. Bu ikiliyə heç kəs çata bilməz. Belə bir mükafatı Riberi kimi oyunçuya vermək olmaz. Çünki o, bu il sadəcə 22 qol vurub. Ronaldo isə hər zaman zirvədə olub və ondan daha çox fərqlənib".

Bütün xəbərlər Facebook səhifəmizdə