"Bavariya"nın fransız forvardı Frank Riberi, gələcək koryerası barədə maraqlı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu "Bavariya"dakı koryerasına başa vurduqdan sonra ABŞ və ya körfəz ölkələrindən birində çıxış etmək istədiyini dilə gətirib: "Hazırda "Bavariya"da çox xoşbəxtəm. Bura mənim doğma ocağımdır. Mən Avropada "Bavariya"dan başqa heç bir futbol klubunda çıxış etməyəcəm. Bu mənim qəti sözümdür. Hələ doğma komandamla gələcək illərdə bir çox uğurlara imza atmağı planlaşdırıram. "Bavariya" yaxın bir neçə il ərzində nəinki Avropada, həttda bütün dünyada futbolun tək lideri kimi çıxış edəcək. Bundan qəti əminəm. Belə olan halda bu cür komandanı tərk edib harasa getmək, ağılsızlığdan başqa bir şey olmaz. Yalnız koryeramın sonlarında ABŞ və ya hansısa Körfəz ölkələrindən birində çıxış etməyi nəzərdən keçirmək istərdim. Sözsüz ki, hələ ona çox var."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB