I Divizionda çıxış edən "Neftçala" klubunun rəhbərliyi futbolçularını aldadıb. Siasport.az saytının Stadium.az-a istinadən verdiyi xəbərə görə, klub rəhbərliyi dekabrın 15-də keçirilən oyunda "Araz Naxçıvan"ı məğlub edəcəkləri təqdirdə hər oyunçuya 1000 (min) manat mükafat veriləcəyini söz verib. Futbolçular sözlərinin üstündə durublar. "Neftçala" Naxçıvan klubu 1:0 hesabı ilə məğlub edib. Amma rəhbərlik verdiyi sözü yerinə yetirməyib. "Araz Naxçıvan"ı məğlub etdiklərinə görə hər futbolçuya 1000 (min) manat yox, cəmi 150 manat mükafat verilib. Bu isə komanda üzvlərinin kəskin narazılığına səbəb olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB