"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə böyüklər arasında Azərbaycan çempionatı başa çatıb. Siasport.az saytının məlumatına görə, çempionatın son günündə sərbəst güləş üzrə 66, 74, 84, 96 və 120 kq çəki dərəcələrində 109 pəhləvan çempionluq uğrunda mübarizə aparıb. Qalib və mükafatçılar aşağıdakılardır.
66 kq 1. Ruslan Dibirhacıyev - Atasport 2. Ağahüseyn Mustafayev - Neftçi İSM 3. Məhəmməd Müslümov - Atasport 3. Murad Süleymanov - Gəncə, Təhsil |
74 kq 1. Əşrəf Əliyev - Neftçi İSM 2. Cəbrayıl Həsənov - Zenit İC 3. Hacımurad Ömərov - Atasport 3. Emin Əzizov - Neftçi İSM |
84 kq 1. Həmzət Osmanov - Atasport 2. İbrahim Yusifov - Ağstafa, Göyəzən 3. Maqomed Abdulxaliqov - Atasport 3. Maqomed Xatiyev - Atasport |
||||
96 kq 1. Xetaq Qazyumov - Atasport 2. Roman Bəkirov - Abşeron, Neftçi İSM 3. Aslanbek Alborov - Atasport 3. İlham Abidov - Neftçi İSM |
120 kq 1. Cəmaləddin Məhəmmədov -Atasport 2. Aslan Dzebişov - Atasport 3. Sənan Bağırov - Gömrük 3. Əli İsayev - Atasport |
Çəki dərəcələri üzrə ilk 3 yeri tutmuş idmançılar AGF tərəfindən müvafiq diplom, medal və pul mükafatı ilə təltif olunub, həmin güləşçilər ölkə yığma komandasının heyətinə cəlb edilib və tam dəst idman geyimi ilə təmin olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə