Topaz Premyer Liqasının XVIII turu "Xəzər Lənkəran" üçün növbəti dublla əlamətdar olub. Siasport.az saytının məlumatına görə, "Sumqayıt"la qarşılaşmada 4:3 hesabı ilə qalib gələn "Xəzər Lənkəran"ın legioneri Mbilla Etame bu qarşılaşmada rəqib qapısına 2 qol vurub. Bu isə yayda transfer olunan futbolçunun "ağ-yaşıllar"ın heyətində 3-cü dubludur.
Etame "Xəzər Lənkəran"dakı dubl sayında Rahid Əmirquliyev, İvan Svetkov, Allan Lalin və Edmond N'Tiamoaya çatıb. Bu futbolçuların hərəsinin 3 dublu var. Onlar yalnız 3 oyunçudan geri qalır. Mütləq rekord isə Zaur Ramazanova məxsusdur - 8 dubl. Vüqar Nadirov 5, Samir Əliyev 4 dəfə bunu bacarıb.
Kamerunlu forvard eyni mövsümdə 3 dubla imza atmaqla Samir Əliyevin 2004/05, Allan Lalinin 2009/10 mövsümündə gerçəkləşdirdiyi nəticəni təkrarlayıb. Bir mövsümdəki dubl rekordu isə Zaur Ramazanova məxsusdur. Hücumçu "Xəzər Lənkəran"ın çempion olduğu 2006/07 mövsümünün 5 qarşılaşmasında 2 qol vurmağı bacarıb.
Ümumilikdə "Xəzər Lənkəran"ın tarixində qeydə alınan 67 dubla 34 futbolçu imza atıb.
"Xəzər Lənkəran"da ən çox dubla imza atan futbolçular
|
1. Zaur Ramazanov |
8 |
|
2. Vüqar Nadirov |
5 |
|
3. Samir Əliyev |
4 |
|
4-8. Rahid Əmirquliyev |
3 |
|
İvan Svetkov |
3 |
|
Allan Lalin |
3 |
|
Edmond N'Tiamoa |
3 |
|
Etame Mbilla |
3 |
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB