"Xəzər Lənkəran" Orxan Sadıqlı ilə müqavilə bağladı, Duqlas Leyteni göndərdi

"Xəzər Lənkəran" futbol klubu və gənc qapıçı Orxan Sadıqlı arasında yeni müqavilə imzalanıb. Siasport.az saytının məlumatına görə, müqavilənin daha 3 il müddətinə artırılması barədə razılıq əldə olunub.

Bununla yanaşı, digər qapıçı, braziliyalı Duqlas Leyte ilə qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. "Xəzər Lənkəran" FK Duqlasa komandaya etdiyi köməyə görə təşəkkürünü bildirib və ona gələcək karyerasında uğurlar arzu edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...