Milan "İnter"inin kolumbiyalı futbolçusu Fredy Guarin, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı "Milliyet"ə istinadən xəbər verir ki, ulduz futbolçu Londonun "Çelsi" futbol klubunun transfer hədəfində olduğundan xəbərdar olduğunu etiraf edib. F.Guarin bildirib ki, "Çelsi" kimi komandanın onunla maraqlanmasından məmnundur. Lakin İtaliya klubunda qalmaq istəyir. 27 yaşlı forvard bildirib ki, meneceri artıq "Çelsi"nin baş məşqçisi Joze Mourinyo ilə görüşüb. Lakin onun seçimi məhz "İnter"dir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB