"Qəbələ" İK-nın 2 cüdoçusu qızıl medal qazanıb

"Qəbələ" İK-nın 2 cüdoçusu qızıl medal qazanıb

Qəbələ Olimpiya İdman Kompleksində 2000-2001, 2002-2003 və 2003-2004-cü il təvəllüdlü cüdoçular arasında açıq Qəbələ birinciliyi keçirilib. Siasport.az saytının məlumatına görə, birincilikdə "Qəbələ" idman klubu ilə yanaşı, Sumqayıt şəhəri, İsmayıllı rayonu, Nizami UGİM, Səbayel UGİM, "Kanokan TT", "Ruslan" İK, "Şahin" İK, "Olimp" İK və "Qafqaz-Arena" İK təmsilçiləri qüvvələrini sınayıblar. Yarışda ümumilikdə 248 idmançı medallar uğrunda mübarizə aparıb. Turnirdə "Qəbələ" İK-nın 2 cüdoçusu qızıl medala sahib olub. 30 kq çəki dərəcəsində Novruz Allahverdiyev, 38 kq çəki dərəcəsində isə Umud Aslanov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Yekun nəticələrə görə, komanda hesabında "Qəbələ" İK 3-cü yerdə qərarlaşıb. "Şahin" İK birinci, "Ruslan" İK ikinci olub.

Bütün xəbərlər Facebook səhifəmizdə