Respublika çempionatı keçiriləcək

Respublika çempionatı keçiriləcək

Dekabrın 27-29-da Azərbaycan Taekvondo Federasiyası (ATF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə böyüklər arasında taekvondo üzrə Respublika çempionatı keçiriləcək. Siasport.az saytının məlumatına görə, "Sərhədçi" Olimpiya İdman Kompleksində təşkil olunacaq yarışda Bakı və bölgələrdə fəaliyyət göstərən idman cəmiyyətlərindən 8 çəki dərəcəsində kişi və qadın taekvondoçular iştirak edəcəklər.

Yarışda şəxsi və komanda birinciliyi üzrə qaliblər müəyyənləşəcək. İlk üç yeri tutmuş idmançı və komandalara ATF tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə