“Bakı”nın qış planları

"Bakı" futbol komandası qış təlim-məşq toplanışını İspaniyada keçirəcək. Siasport.az saytının məlumatına görə, komanda yanvarın 11-də İspaniyaya yola düşəcək. Paytaxt klubu iki həftə təlim-məşq toplanışında 4 yoxlama görüşü keçirəcək. Artıq rəqiblərdən biri məlumdur. Hazırda Çin çempionatında çıxış edən "Şandun Lunen" komandası ilə danışıqlar gedir.
Hazırlıq prosesi çərçivəsində yeni futbolçular baxışa dəvət olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə