Atçılığın konkur növü üzrə milli komandanın kapitanı Camal Rəhimov bir neçə ildir ki, Azərbaycanı ölkə hüdudlarından kənarda layiqincə təmsil edir. Siasport.az saytının məlumatına görə, 2008-ci il Pekin və 2012-ci il London Olimpiya Oyunlarının iştirakçısı olan idmançı xüsusilə də son illərdə Avropanın bir sıra yüksək səviyyəli turnirlərində ilk onluqda yer alıb. Eyni zamanda, Avropada təşkil olunan yüksək kateqoriyalı, yəni 4 və 5 ulduzlu turnirlərdə C.Rəhimovun rəqibləri əsasən dünya sıralamasında ilk 50 yeri tutan idmançılardan ibarətdir.
2013-cü ilin sentyabr ayının əvvələrində İspaniyada keçirilən CSİ5* Gijon turnirində Qran Pri mərhələsini cərimə xalsız başa vurduğuna görə Camal Rəhimov "Warrior" ləqəbli atla 2014-cü ilin dünya çempionatına vəsiqəni təmin edib.
Qeyd edək ki, dünya çempionatı 2014-cü ilin avqust - sentyabr aylarında Fransanın Normandiya əyalətində keçiriləcək.
21 dekabr 2013-cü il tarixində idmançımız öz nailiyyətlərinə daha birini əlavə edib. Belə ki, təmsilçimiz İspaniyada keçirilən və hündürlüyü 160 sm olan CSİ5* ən yüksək kateqoriyalı konkur yarışlarının Qran Pri mərhələsində 3-cü yeri tutub. 160 sm belə yarışlar üçün beynəlxalq federasiya tərəfindən təyin edilən maksimal hündürlükdür. 32 idmançı arasında iki turdan ibarət yarışların hər iki hissəsini 0 cərimə xalı ilə başa vuran Camal Rəhimov 1-ci və 2-ci yerlərdən vaxta əsasən cəmi 2 saniyə geri qalıb. Dünya sıralamasında ilk 30-luqda yer alan idmançılarla mübarizə aparan C.Rəhimov hətta son Olimpiya çempionu Stiv Qerardı da geridə qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB