İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi Xerardo Martino Kataloniya klubundan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. Siasport.az saytı xəbər verir ki, İspaniya mətbuatına açıqlamasında argentinalı mütəxəssis deyib ki, mövsümün sonu heç yerə getməyəcək. Ancaq o, komandası uğursuz çıxış edərsə, ayrılmasını da mümkün hesab edib: "Barselona"da çox rahatam. Hazırda heç bir yerə getmək fikrim yoxdur. Əgər "Barsa" nəticələri məni qane etməsə, üç gündə hər şey dəyişə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB