Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının təsnifat mərhələsinin sonuncu turunun hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, dekabrın 21-dən toplanışa başlayan yığma komandamız Rusiyanın "Uraloçka" klubu ilə bir neçə yoldaşlıq görüşü keçirəcək. Nikolay Karpolun yetirmələri artıq Bakıdadırlar.
Qeyd edək ki, mundialın 3-cü mərhələsi 3-5 yanvar tarixlərində baş tutacaq. Faiq Qarayevin yetirmələrinin yer aldığı J qrupunun mübarizəsi Bakıda olacaq. Komandamız Serbiya, İsrail və Estoniya ilə qarşılaşacaq. Qrup qalibi dünya birinciliyinə vəsiqə qazanacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB