V Respublika spartakiadasının açılış mərasimi keçirilib

V Respublika spartakiadasının açılış mərasimi keçirilib

Bu gün "ABU-Arena"da görkəmli dövlət xadimi Kamran Hüseynovun 100 illik yubileyinə həsr olunmuş Sahə Həmkarlar İttifaqları Təşkilatlarının V Respublika spartakiadasının açılış mərasimi keçirilib. Siasport.az saytının məlumatına görə, açılış mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Cavanşir Alxasov iştirak edib.
Spartakiadada mini-futbol, voleybol, stolüstü tennis, şahmat, dama və nərd idman növləri üzrə 800-dən artıq idmançı iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə