Kaxaber Sxadadze: "Qarabağ” klubu daha güclü idi"

Topaz Premyer Liqasının 18-ci turuna "Qarabağ" - "İnter" qarşılaşması ilə yekun vurulub. Siasport.az saytının məlumatına görə, turun mərkəzi oyununda rəqibini 2:0 hesabı ilə məğlub edən ağdamlılar turnir cədvəlində ilk pilləyə yüksəlib. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:

Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Bütün Azərbaycan xalqını Həmrəylik günü və Yeni il münasibəti ilə təbrik edirəm. "Qarabağ" klubu yaxşı oynadı, bizdən daha güclü idi, qələbə qazandı. Təbrik edirəm".

Qurban Qurbanov, "Qarabağ" klubunun baş məşqçisi: "Maraqlı və sürətli oyun izlədik. Rəqib taktikanı həmişə dəyişən, yaxşı komandadır. Qalib gəlib, qış fasiləsinə yüksək əhval-ruhiyyədə gedirik".

Bütün xəbərlər Facebook səhifəmizdə