"Neftçi" AZAL-a məğlub oldu

Topaz Premyer Liqasının XVIII turu çərçivəsində "Neftçi" klubu səfərdə AZAL-la qarşılaşıb. Siasport.az saytının məlumatına görə, "təyyarəçilər" "ağ-qaralar" üzərində qələbə qazanıblar. Oyunda ilk qolu 18-ci dəqiqədə Con Oluremi vurub. Buna cavab olaraq qonaqlar matçın 19-cu dəqiqəsində Rəşad Sadiqovla hesabı bərabərləşdiriblər. Oyunun 80 və 83-cü dəqiqələrində paytaxt klubunun heyətində müvafiq olaraq Mahir Şükürov və Elvin Yunuszadə qırmızı vərəq alaraq meydandan qovulublar. Matçda son nöqtəni isə Aleksandr Semonayev qoyub. O, qarşılaşmanın 90-cı dəqiqəsində topu tora qovuşdurub və komandasının qələbəsini rəsmləşdirib-2:1.

Bütün xəbərlər Facebook səhifəmizdə