“Xəzər Lənkəran” - “Sumqayıt” matçında 7 qol

“Xəzər Lənkəran” - “Sumqayıt” matçında 7 qol

Topaz Premyer Liqasının XVIII turunda daha bir oyun başa çatıb. Siasport.az saytının məlumatına görə, "Sumqayıt" Lənkəranda "Xəzər Lənkəran" klubu ilə qarşılaşıb. Oyunda qapılara 7 qol vurulub. Matçın 20-ci dəqiqəsində Sadio Tounkara hesabı açıb. Bundan 8 dəqiqə sonra isə Deyvid Sakkoni Cənub təmsilçisinin ikinci qolunu vurub. Qarşılaşmanın 40-cı dəqiqəsində Orxan Əliyev hesab arasındakı fərqi azaldıb. Qonaqların vurduğu qoldan cəmi 5 dəqiqə sonra Etame Mbilla Sumqayıt təmsilçisini oyuna mərkəzdən başlamağa məcbur edib.

Matçın 2-ci hissəsi də qol cəhətdən məhsuldar olub. Belə ki, oyunun 51-ci dəqiqəsində Etame Mbilla matçda dublunu rəsmiləşdirib. Ruhdan düşməyən "Gənclər şəhəri"nın təmsilçisi penaltidən fərqlənib. 78-ci dəqiqədə Pərdis Fərcad-Azad 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib. "Sumqayıt" matçın bitməsinə az qalmış daha bir qol vurub. Görüşün 81-ci dəqiqəsində Ruslan Nəsirli matçın nəticəsini müəyyənləşdirib. Onun vurduğu qol oyunda sonuncu olub. Beləliklə, "Xəzər Lənkəran" "Sumqayıt" üzərində 4:3 hesablı qələbəyə sevinib.

Bütün xəbərlər Facebook səhifəmizdə