“Qəbələ” "Bakı"nı məğlub etdi

“Qəbələ” "Bakı"nı məğlub etdi

Topaz Premyer Liqasının XVIII turunun ilk oyunu başa çatıb. Siasport.az saytının məlumatına görə, "Qəbələ" klubu öz meydanında "Bakı"nı qəbul edib. Oyunda qonaqlar məğlub olublar. Matçın 19-cu dəqiqəsində Daniel Subotiç bakılıları oyuna mərkəzdən başlamağa məcbur edib. Qarşılaşmanın 90+3-cü dəqiqəsində "Bakı" klubunun futbolçusu Şəhriyar Əliyev qırmızı vərəqə alaraq matçdan kənarlaşdırılıb. Lorenzo Ebesilio penaltidən komandasının 2-ci qoluna imza atıb.

Qeyd edək ki, oyunu Fariz Yusifov idarə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə