"Simurq" 2013-cü ilin son məşqini "Bayıl Arena"da etdi

"Simurq" 2013-cü ilin son məşqini "Bayıl Arena"da etdi

"Simurq" "Bayıl Arena"da 2013-cü ildəki son məşqinə çıxıb. Siasport.az saytının məlumatına görə, cari mövsümün II dövrəsinin sonuncu oyununa çıxacaq komanda bu məşqlə hazırlıqları tamamlayaraq istirahətə çəkilib.

Bir saata yaxın davam edən məşq prossesində bütün futbolçular iştirak edib. İsinmə hərəkətləri və qaçışla başlayan çalışmalar, daha sonra "kavadrat" və ikitərəfli oyunla davam edib. Sonda isə cinahlardan asmalar və onların qapanması yerinə yetirilib.

Qeyd edək ki, "Rəvan" - "Simurq" oyunu bu gün saat 16:00-da start götürəcək və "SimurqTV" vasitəsilə canlı yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə