Leonel Messi nə vaxt qayıdır?

Zədə üzündən yaşıl meydanlara həsrət qalan "Barselona"nın argentinalı ulduz futbolçusu Leonel Messi gələn ilin yanvarından təlim məşq toplanışlarına qatılacaq. Siasport.az saytı xəbər verir ki, bu barədə "Barselona"nın baş məşqçisi olan Xerardo Martino bildirib ki, argentinalı ulduz yanvarın 2-də komanda ilə təlim-məşq prosesinə başlayacaq. Artıq komandanın həkimləri tərəfindən L.Messinin səhhəti ilə bağlı ürəkaçan xəbərlər aldıqlarını elan edən X.Martino bildirib ki, komanda rəhbərliyi ulduz futbolçunun təlim-məşq prosesində də həkim nəzarətində olacağına qərar verib. Baş məşqçi bunu onunla əsaslandırıb ki, keçən il argentinalı futbolçu məhz zədəsini sağaltmadan və həkim nəzarətində olmadan yaşıl meydanlara qayıtdığı üçün bu cür acınacaqlı hal ilə üzləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə