"Barselona" futbol klubunun prezidenti Sandro Rosell, daha bir futbolçu ilə müqavilə müddətinin uzadıldığını elan edib. Siasport.az saytı xəbər verir ki, katalon klubunun prezidenti komandanın aparıcı futbolçusu Andres İniyesta ilə müqavilənin yeniləndiyini, A.İniyestanın 2018-ci ilə qədər "Barselona"nın şərəfini qoruyacağını dilə gətirib. Rəsmi imzalanma mərasiminin isə, bu ilin sonunadək keçirilməsi planlaşdırılır. Qeyd edək ki, "Barselona"nın yetirməsi olan İniyesta 2002-ci ildən əsas komandada çıxış edir. 29 yaşlı futbolçu bu mövsüm keçirdiyi 16 oyunda 1 qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB