Qusar şəhər stadionunun ot örtüyünün hava şəraiti ilə əlaqədar olaraq yaxşı vəziyyətdə olmaması səbəbindən "Şahdağ" – MOİK oyunu Bakı şəhərində keçiriləcək. Siasport.az saytının məlumatına görə, bu barədə "Şahdağ" klubunun Peşəkar Futbol Liqasına (PFL) müraciətini və MOİK klubunun razılıq məktubunu nəzərə alaraq PFL prezidenti Ramin musayev əmr imzalayıb. Əmrdə bildirilir ki, futbol üzrə Azərbaycan I Divizionun XV turunun "Şahdağ" – MOİK matçı 21 dekabr 2013-cü il tarixindən 22 dekabr 2013-cü il tarixinə dəyişdirilsin və matç "Bakı" FK-nın təlim-məşq bazasının stadionunda keçirilsin. XV turda meydan sahibi kimi MOİK klubu, XXIII turda meydan sahibi kimi "Şahdağ" klubu qeydə alınsın.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB