Toplanışa daha bir futbolçu çağırılıb

Toplanışa daha bir futbolçu çağırılıb

2014-cü ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının dekabrın 23-dən etibarən Bakı şəhərində təşkil olunacaq təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub. Siasport.az saytının məlumatına görə, o, Almaniyanın FC "Rot-Weiss Essen" klubunun üzvü Sinan Özkaradır.

Bütün xəbərlər Facebook səhifəmizdə