Əliyar Ağayev ikinci kateqoriyada

Əliyar Ağayev ikinci kateqoriyada

UEFA 2013/2014-cü il mövsümünün ikinci yarısı üçün hakimlərin yeni kateqoriyalarını açıqlayıb. Siasport.az saytının məlumatına görə, FIFA referisi Əliyar Ağayev ikinci kateqoriyaya daxil edilib və bu kateqoriyada olan hakimlərimizin sayı 2-ə yüksəlib.

Xatırladaq ki, daha əvvəl FIFA referisi Anar Salmanov da UEFA-nın ikinci kateqoriyasına daxil olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə