Rövnəq Abdullayev Berti Foqtsun qarşısına qoyulan şərtlərdən danışdı

Rövnəq Abdullayev Berti Foqtsun qarşısına qoyulan şərtlərdən danışdı
AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlərə açıqlama verib. Siasport.az saytının məlumatına görə, o iclasda qəbul olunmuş qərarlar barədə danışıb: "Demokratik seçim keçirildi. İK-nın bütün üzvləri öz fikirlərini bildirdilər. Biz Foqtsla iki illik müqavilə bağlamağa qərar verdik və onun qarşısına yeni şərtlər qoyduq. O, Azərbaycanda daha çox qalmalıdı, Premyer Liqanın görüşlərini daha çox izləməlidi, klubların məşqçiləri ilə ünsiyyətdə olmalıdı.

Biz onun köməkçilərinin də sayını artırmağa qərar verdk. İstəyirik ki, onunla gənc məşqçilərimiz çalışsın. Aslan Kərimovla Mahmud Qurbanov artıq onun korpusundadır. Mümkündür ki, onların sayı daha da artsın.

Foqts son seçmə mərhələdəki nəticəmizdən narazıdır. 9 xal azdır. Biz istəyirik ki, komandamız hər oyunda daha çox xal toplasın".

AFFA hazırda AÇ-2020-nin oyunlarının Bakıda keçirilməsinə çalışır. Çox istərdik ki, həmin oyunlar arasında Azərbaycan millisinin də matçları olsun. Çünki UEFA-nın yeni qaydalarına görə, AÇ-2020-yə ev sahibliyi hüququ qazanan ölkələr qitə birinciliyində iştirak edirsə, ilk oyununu evdə keçirməlidir.

Bəzi klublarda uşaq futboluna diqqət yetirilsə də, əksəriyyətində bu, yalnız kağız üzərindədi. Ona görə bugünkü iclasda belə bir qərar qəbul etdik ki, hər klubda uşaq futboluna nəzarət üçün AFFA-nın bir nümayəndəsi olsun. Belə ki, bundan sonra bütün klublarda nələr olacaqsa, hamısından xəbər tutacağıq".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com