Madrid "Atletiko"su daha bir futbolçusu ilə müqvilə müddətini uzatmağa qərar verib. Siasport.az saytı xəbər verir ki, "Atletiko" Adrian Lopezlə daha 3 illik müqavilə imzalayıb. Madrid klubunun rəsmi saytında yerləşdirilən məlumatda deyilir ki, hazırkı müqavilə müddəti 2015-ci ildə başa çatacaq 25 yaşlı futbolçu, bundan sonra 2018-ci ilin aprelinə qədər "Atletiko"nun şərəfini qoruyacaq. Xatırladaq ki, "Atletiko" forması ilə 125 qarşılaşmada meydana çıxan gənc futbolçu, bu qarşılaşmalarda 25 qol vurub, 18 məhsuldar ötürmə ilə yadda qalıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB