İngiltərənin "Liverpul" futbol klubu, son vaxtlar göstərdiyi gözəl futbol ilə bütün Avropa klublarının bir nömrəli transfer hədəfinə çevrilən bacarıqlı futbolçusu Luis Suaresə yeni müqavilə imzalamağı təklif edib. Siasport.az saytı xəbər verir ki, "Liverpul" futbol klubunun idman direktoru Lan Ayre Braselona şəhərinə gedərək, uruqvaylı futbolçunun meneceri Pere Guradiola ilə yeni müqavilənin detallarını müzakirə edib. Ulduz futbolçu ilə 2016-cı ilə qədər müqavilə imzalamaq fikrində olan klub rəhbərliyi, ona yüksək maliyyə şərtələri təklif edərək, L.Suaresi "Liverpul"un tarixində ən bahalı futbolçuya çevriməyi planlaşdırır. Xatırladaq ki, L.Suares, keçən həftə İngiltərə Futbol Federasiyası tərəfindən "İlin futbolçusu" mükafatına sahib olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB