İstanbulun "Qalatasaray" futbol klubunun UEFA Çempionlar Liqasındakı rəqibi olan London "Çelsi"si, ciddi zərbə alıb. Siasport.az saytı xəbər verir ki, "zadəğanlar" İngiltərə Liqa kubokunun 1/4 final mərhələsində büdrəyiblər. Belə ki, "Sanderland" öz meydanında "Çelsi"ni qəbul edib. Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə edilmiş vaxtın son dəqiqələrində isə meydan sahibləri qələbə qolunu vurub. Bununla da "Çelsi" mübarizəni dayandırıb. "Sanderlan" isə yarımfinala vəsiqəni təmin edib. Digər oyunda isə, "Mançester Siti" səfərdə "Leiçester"in qonağı olub və rəqibini 3:1 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Qeyd edək ki, bu gün keçiriləcək iki oyunla digər yarımfinalçılar da məlum olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB