Qadın voleybolçular arasında Çempionlar Liqası yarışlarının sonuncu turunda İtaliyanın Busto Arsizio şəhərindəki "Pala Yamamay" arenasında yerli "Yamamay" komandası Bakının "Azəryol" kollektivini qəbul edib. Siasport.az saytının məlumatına görə, xorvatiyalı baş hakim Milan Raykoviçin idarə etdiyi oyun "Yamamay"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, hesabında 12 xal olan Türkiyənin "Qalatasaray" komandası qrup cədvəlinə liderlik edir. İtaliyanın "Konelyano" komandası 10 xalla ikinci, "Azəryol" 7 xalla üçüncü pillədə yer alıb. "Yamamay"ın hesabında isə 4 xalı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB