Maradona: "Qızıl top" mükafatı Messiyə yox, Ronaldoya verilməlidir"
Dünya futbolunun canlı əfsanəsi sayılan Diyeqo Maradona, həmyerlisi Leonel Messini üzən açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, D.Maradona, bu ilki "Qızıl top" mükafatının L.Messiyə deyil, Kriştiyano Ronaldoya verilməsinin tərəfdarı olduğunu elan edib: "çünki K.Ronaldo bu mükafatı almağa daha çox haqq qazanır. Onun bu mövsümkü çıxışı bunu deməyə tam əsas verib. L.Messinin usta futbolçu olduğunu deməyə ehtiyac yoxdur. Bunu hər kəs əla bilir. Amma nəzərə alsaq ki, L.Messi son bir ili zədə epidemiyası ilə keçirib, onda bu mükafatın əsl sahibinin K.Ronaldo olduğunu demək əsl ədalət sayılmalıdır."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB