Topaz Premyer Liqası, 17-ci turun rəmzi komandası

Topaz Premyer Liqasında 17-ci turun rəmzi komandası açıqlanıb. Siasport.az saytı xəbər verir ki, "InStat Football" şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi analitik məlumatlara əsasən, ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:

Qapıçı – Saşa Stamenkoviç (Neftçi);

Müdafiəçilər – Yure Travner (Bakı), Laşa Salukvadze (İnter), Brüs Abdulaye (İnter), Mahir Şükürov (Neftçi);

Yarımmüdafiəçilər – Flavio Aleks Valensio (Neftçi), Lukas Mario Horvat (Bakı), Araz Abdullayev (Neftçi), Vaqif Cavadov (İnter);

Hücumçular – Rauf Əliyev (Bakı), Draqan Çeran (Simurq).

Topaz Premyer Liqasında 17-ci turun ən yaxşı oyunçusu isə "Neftçi"nin braziliyalı yarımmüdafiəçisi Flavio Aleks Valensiodur.

Bütün xəbərlər Facebook səhifəmizdə