AFFA-nın İcraiyyə Komitəsinin iclası qapalı olacaq

AFFA-nın İcraiyyə Komitəsinin dekabrın 18-də keçiriləcək iclası qapalı olacaq. Siasport.az saytının məlumatına görə, bu barədə AFFA məlumat yayıb. Məlumatda bildirilir ki,İcraiyyə Komitəsində qəbul olunacaq qərarlar, iclasda çəkilmiş fotolar www.affa.az saytında, videomaterial isə www.affavideo.az saytında yerləşdiriləcək. Həmçinin videogörüntülər televiziyalara təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə