"Çelsi"nin futbolçuları "Qalatasaray"dan çəkinir

"Çelsi"nin futbolçuları "Qalatasaray"dan çəkinir

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İstanbulun "Qalatasaray" klubu ilə qarşılaşacaq Londonun "Çelsi" klubunda ciddi təlaş duyulmağa başlanıb. Siasport.az saytı xəbər verir ki, hələ püşkatmadan bir neçə gün bundan əvvəl "zadəganların" baş məşqçisi olan portuqaliyalı Joze Mourinyo ən çox çəkindikləri komandalar arasında "Qalatasaray"ın da adını çəkmişdi. O, İstanbul klubunun olduqca təhlükəli komanda olduğunu dilə gətirmişdi. Püşkatmadan sonra qarşılaşma ilə bağlı ilk açıqlama, "Çelsi"nin forvardı David Luizdən gəlib. Olduqca çətin bir rəqiblə üz-üzə qaldıqlarını deyən D.Luiz bildirib ki, İstanbul klubunda olduqca təhlükəli futbolçular var: "Onlar "Yuventus"u ən ağır şərtlər çərçivəsində devirdilər. Bu, "Qalatasaray"ın komanda kimi necə əzmkar və prinspial olduğunu göstərir. Var gücümüz ilə qələbə qazanmaq, mərhələ adlamaq üçün meydana çıxacayıq. Cavab qarşılaşması Londonda keçiriləcək. Demək, İstanbuldan sərfəli nəticə ilə dönməliyik".

Bütün xəbərlər Facebook səhifəmizdə