Türk futbolunun kralı sayılan Hakan Şükür, hakim Ədalət və İnkişaf Partiyasından istefa verib. Siasport.az saytı Türkiyənin nüfuzlu "Milliyet" qəzetinə istinadən xəbər verir ki, H.Şükür yazılı açıqlamasında bundan sonra müstəqil deputat olaraq fəaliyyət göstərəcəyini elan edib. "Qalatasaray"ın keçmiş kapitanı AKP-dən istefasını, son vaxtlar təhsil ilə bağlı yaranan gərginlik, hakim partiyanın sosial sahədə yaratdığı diktatura durumu və xalqda yaranan narazılığla əlaqələndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB