İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Didye Droqba, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları London "Çelsi"si barədə maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, "Zadəğanların" keçmiş forvardı püşkatmanın nəticəsindən olduqca məmnun olduğunu dilə gətirib: "Mənim üçün bir neçə aydan sonra hər şey möhtəşəm olacaq. Çünki hər iki qarşılaşmanı öz evimdə oynayacam. Biz "Qalatasaray" olaraq çox güclü komandayıq. Təbii ki, "Yuventus"la oyunda göstərdiyimiz əzmkarlığı göstərsək, qələbə qazanacağımıza şübhəm yoxdur. Joze Mourinyo indi bir ispan klubunun deyil, London "Çelsi"sinin baş məşqçisi kimi İstanbula gələcək. Yenə qarşımızda J.Mourinyo var. Bu mənim üçün çox sevincli hadisədir. Əminəm bu dəfə turu keçən komanda J.Mourinyonun komandası yox, məhz biz olacayıq."
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB