Bu gün UEFA Çempionlar Liqasl ilə yanaşı, eyni zamanda Avropa Liqasında da 1/16 və 1/8 final mərhələlərinin püşkü atılıb. Siasport.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayıb. Püşk zamanı iştirakçı 32 komanda iki səbətə bölünüb. Reqlamentə əsasən qrup mərhələsinin qalibləri ikinci pillənin sahibləri ilə qarşılaşıblar. Çempionlar Liqasından gələn 4 klub səpələnmişlər, 4-ü isə səpələnməmişlər səbətində yer alıb. Lakin püşk zamanı eyni ölkədən olan və eyni qrupda mübarizə aparmış komandaların üzləşməsinə şərait yaradılmayıb. Qeyd edək ki, Avroliqanın 1/16 final mərhələsinin oyunları 20-27 fevral, 1/8 final görüşləri isə 3-10 aprel tarixlərində keçiriləcək.
1/16 final mərhələsinin cütlükləri:
"Dnepr" (Ukrayna) - "Tottenhem" (İngiltərə)
"Betis" (İspaniya) - "Rubin" (Rusiya)
"Suonsi" (İngiltərə) - "Napoli" (İtaliya)
"Yuventus" (İtaliya) - "Trabzonspor" (Türkiyə)
"Maribor" (Sloveniya) - "Sevilya" (İspaniya)
"Viktoriya" (Çexiya) - "Şaxtyor" (Donetsk, Ukrayna)
"Çernomorets" (Ukrayna) - "Lion" (Fransa)
"Latsio" (İtaliya) - "Ludoqorets" (Bolqarıstan)
"Esbyerq" (Danimarka) - "Fiorentina" (İtaliya)
"Ayaks" (Hollandiya) - "Zalsburq" (Avstriya)
"Makkabi" (Təl-Əviv, İsrail) - "Bazel" (İsveçrə)
"Porto" (Portuqaliya) - "Ayntraxt" (Frankfurt, Almaniya)
"Anji" (Rusiya) - "Genk" (Belçika)
"Dinamo" (Kiyev, Ukrayna) - "Valensiya" (İspaniya)
PAOK (Yunanıstan) - "Benfika" (Portuqaliya)
"AZ Alkmaar" (Hollandiya) - "Slovan" (Çexiya)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB