"Qalatasaray" "Çelsi"yə rəqib oldu!

"Qalatasaray" "Çelsi"yə rəqib oldu!

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.Siasport.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Beləliklə bu mərhələdə oynamaq hüququ qazanan bütün komandaların rəqibləri müəyyənləşib. 1/8 final iştirakçıları arasında ən çox İngiltərə və Almaniya təmsilçiləri var. Püşkatmaya əsasən, "Barselona" "Mançester Siti" ilə, "Olimpiakos" "Mançester Yunayted" ilə, "Milan" "Atletiko" ilə, "Bavariya" "Arsenal" ilə, "Bayer" "PSJ" ilə, "Qalatasaray" "Çelsi" ilə, "Şalke" Madrid "Real"ı ilə, "Zenit" "Borussiya" ilə münasibətlərinə aydınlıq gətirəcək.

"Mançester Siti" (İngiltərə) - "Barselona" (İspaniya)

"Olimpiakos" (Yunanıstan) - "Mançester Yunayted" (İngiltərə)

"Milan" (İtaliya) - "Atletiko" (Madrid, İspaniya)

"Bayer" (Leverkuzen, Almaniya) - PSJ (Fransa)

"Qalatasaray" (Türkiyə) - "Çelsi" (İngiltərə)


"Şalke" (Almaniya) - "Real" (Madrid, İspaniya)

"Zenit" (Rusiya) - "Borussiya" (Almaniya)

"Arsenal" (İngiltərə) - "Bavariya" (Almaniya)

Bütün xəbərlər Facebook səhifəmizdə