Mövsümün ən uzun məğlubiyyətsizlik seriyası qırıldı

Topaz Premyer Liqasında mövsümün ən uzun məğlubiyyətsizlik seriyası qırılıb. Siasport.az saytının məlumatına görə, çempionatın 5-ci turunda AZAL-a 0:1 hesabı ilə məğlub olduqdan sonra 11 qarşılaşmada xalsız qalmayan "Qarabağ" 17-ci turda "Bakı"ya 1:2 hesabı ilə yenilməklə meydanı əliboş tərk edib.

Bu uğurlu seriya klubun tarixində 11 ən uzun məğlubiyyətsizliklərdən biridir. "Qarabağ"ın çempionatlardakı rekordu isə bundan ikiqat artıq - 22 məğlubiyyətsiz oyuna bərabərdir.

Martın 12-də Zaqatalada "Simurq"a 0:1 hesabı ilə məğlub olduqdan sonra öz meydanlarında ardıcıl 12 qarşılaşmada məğlub olmayan komandanın bu seriyası da başa çatıb. Qurban Qurbanovun yetirmələri 278 gündən sonra səfərdən xalsız qayıdıblar. Bu isə klub tarixinin mütləq rekordudur.

Bütün xəbərlər Facebook səhifəmizdə