Nazim Süleymanov: “Qarabağ” klubuna məğlub olduqdan sonra mənə böyük təzyiqlər oldu"

Nazim Süleymanov: “Qarabağ” klubuna məğlub olduqdan sonra mənə böyük təzyiqlər oldu"

Topaz Premyer Liqasının 17-ci turunun son oyununda "Neftçi" "Qəbələ" ilə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, rəqibini 2:1 hesabı ilə məğlub edən paytaxt təmsilçisi turnir cədvəlinin vahid lideri olub. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:

Yuri Syomin, "Qəbələ" klubunun baş məşqçisi: "Çox maraqlı, qol epizodları ilə bol oyun oldu. Futbolçularıma iradım yoxdur, səhvləri nəzər almasaq, ümumilikdə yaxşı oynadıq. Hakimin son dəqiqələrdə təyin etdiyi cərimə zərbəsi mənim üçün aydın olmadı. Hakimlərin bəzi qərarları qəribə görünürdü. Qalib gələn komanda qələbəyə layiqdir. Oyun gərgin keçdiyi üçün 90 dəqiqə ayaq üstə idim. Həm "Neftçi"yə, həm də "Qarabağ"a məğlub olmuşuqsa, demək onlardan zəifik".

Nazim Süleymanov, "Neftçi" klubunun baş məşqçisi: "Qələbə həmişə yaxşıdır. Bir tərəf qalib gələndə, digəri məğlub olur. "Qarabağ" klubuna məğlub olduqdan sonra mənə böyük təzyiqlər oldu. Amma rəhbərlik mənə dəstək oldu. Buna görə onlara minnətdaram. Futbol əzmkar mübarizədir, çox gözəl oyun oldu. Rəqib komanda da gözəl oyun nümayiş etdirdi. Hakimliklə bağlı hər hansı məqamları qeyd etmək istəmirik, lakin müəyyən məqamlar var. Bu gün qələbəyə layiq idik, bunu oyunumuzla sübut etdik. İqor Mitreski "Qarabağ"la oyunda buraxdığı səhvlərə görə bu gün əsas heyətdə yox idi".

Bütün xəbərlər Facebook səhifəmizdə