Fariz Məmmədov məğlub oldu YENİLƏNİB

Fariz Məmmədov məğlub oldu YENİLƏNİB

Azərbaycanı və "Qəbələ" İdman Klubunu peşəkar boksda təmsil edən Fariz Məmmədov IBF, WBCA və WBO versiyaları üzrə Avropa kəmərinə sahib olmaq üçün Almaniya təmsilçisi, peşəkar rinqdə məğlubiyyətsiz irəliləyən Matias Pelklə qarşılaşır. Siasport.az saytının məlumatına görə, hər iki boksçunun təmsil etdiyi ölkələrin Dövlət Himnləri səsləndirildi. Azərbaycan Respublikasının Dövlət Himnini müğənni Azərin canlı ifa etdi. Yerli azarkeşlər də müğənniyə dəstək oldular.

- Artıq 3 raund geridə qalıb və Fariz rəqibi bir dəfə naqdaunda salıb. Boksçumuz rinqdə çox fəaldır. O, rəqibdən üstün təsir bağışlayır.

- 5-ci raund başlayır. Boksçumuz rəqibinə ardıcıl güclü zərbələr endirir. Almaniya təmsilçisi də əks hücumlar təşkil edir.

- Artıq hər iki boksçunun yorulduğu özünü göstərir. Onlar qarşılıqlı zərbələr endirirlər.

- 6-cı raund bitdi. Həkim almaniyalı boksçunu müayinə etdi və 7-ci raund başladı. Rəqib yerə yıxıldı və əsəbi şəkildə döyüşü davam etdirir.

- 6-cı raund sona çatdı. Matias Pelk bu raund bir neçə güclü zərbə endirdi. Fariz isə müdafiə olunmağa çalışdı.

- 8-ci raund başladı. Almaniyalı boksçu ardıcıl zərbələr endirir. O, bu dəqiqələrdə üstün görünür. Təəssüf ki, hakimlər döyüşü saxladılar və boksçumuz məğlub oldu.

Qeyd edək ki, döyüşü bir neçə dövlət rəsmisi, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və yerli azarkeşlər izləyirdilər. Döyüş "Eurosport" kanalı vasitəsi ilə dünyanın 63 ölkəsində canlı yayımlanırdı.

Elgün Vidadioğlu, Qəbələ

Bütün xəbərlər Facebook səhifəmizdə