Türkiyəli boksçu rinqə Azərbaycan bayrağı ilə çıxdı

Türkiyəli boksçu rinqə Azərbaycan bayrağı ilə çıxdı

Peşəkar boksda WBCA kəməri uğrunda Türkiyə idmançısı Yaqub Sağlam Ukrayna təmsilçisi Roman Golovaşçenko ilə döyüşüb. Siasport.az saytının məlumatına görə, Türkiyə boksçusu rinqə Azərbaycan bayrağı ilə gəlib. Qəbələ Olimpiya İdman Kompleksində yerli azarkeşlər türkiyəli boksçunu alqışlarla qarşılayıblar. +91 kq çəki dərəcəsində döyüşən boksçular 12 raund rinqdə olublar. Görüş gərgin idman mübarizəsi şəraitində keçib. Hakimlərin qərarı ilə döyüşdə ukraynalı boksçu qalib gəlib və kəmər ona təqdim olunub.

Elgün Vidadioğlu, Qəbələ

Bütün xəbərlər Facebook səhifəmizdə