Peşəkar boksda daha bir idmançımız qələbə qazandı

Peşəkar boksda daha bir idmançımız qələbə qazandı

Peşəkar boksda reytinq xalı uğrunda daha bir idmançımız rinqə çıxıb. Siasport.az saytının məlumatına görə, 72,5 kq çəki dərəcəsində Vüsal Əliyev Albaniya boksçusu Armand Cullhayla döyüşüb. Boksçuların hər ikisi rinqdə fəallıq göstəriblər. Sona qədər kimin daha üstün olduğu məlum olmayıb. Altı raund davam edən döyüşün sonunda hakimlər qələbəni Azərbaycan boksçusuna veriblər. Qeyd edək ki, döyüşlər Qəbələ Olimpiya İdman Kompleksində keçirilir.

Elgün Vidadioğlu, Qəbələ

Bütün xəbərlər Facebook səhifəmizdə