Boksçumuz latviyalı rəqibini rinqdə döydü

Boksçumuz latviyalı rəqibini rinqdə döydü

Qəbələdə peşəkar boksda reytinq xalı uğrunda Azərbaycan idmançısı Elçin Əhmədov Latviya təmsilçisi Janis Ginterslə qarşılaşıb. Siasport.az saytının məlumatına görə, +91 kq çəki dərəcəsində döyüşən boksçular 4 raund rinqdə olublar. Azərbaycan bokçusu rəqibindən açıq-aşkar üstün olub. Boksçumuz rəqibini rinqdə sözün əsl mənasında döyüb və qələbə qazanıb.

Elgün Vidadioğlu, Qəbələ

Bütün xəbərlər Facebook səhifəmizdə