Fariz Məmmədov və Matias Pelkin çəki mərasimi olub FOTOSESSİYA

Fariz Məmmədov və Matias Pelkin çəki mərasimi olub FOTOSESSİYA

Xəbər verdiyimiz, kimi bu gün Azərbaycanı və "Qəbələ"ni peşəkar rinqdə təmsil edən Fariz Məmmədov Qəbələ Olimpiya İdman Kompleksində Avropa çempionluğu uğrunda Almaniya təmsilçisi Matias Pelklə üz-üzə gələcək. Siasport.az saytının məlumatına görə, döyüşdən öncə plana uyğun olaraq boksçular tərəziyə çıxıblar. Çəki ölçmə mərasimində boksçular və təşkilat komitəsinin üzvləri ilə yanaşı, "Qəbələ" FK-nın məşqçi və futbolçu heyəti də iştirak edib. Boksçumuza dəstək verən "qırmızı-qaralar" ona turnirdən xatirə köynəkləri imzaladıblar. Dəstəkçilər arasında baş məşqçi Yuri Syomin də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə