"Rabitə" bu gün Rusiyaya gedir

Voleybol üzrə Azərbaycan çempionu "Rabitə", bu gün Rusiyaya yollanacaq. Siasport.az saytı xəbər verir ki, Bakı təmsilçisinin səfərində məqsəd Çempionlar Liqasının son turu çərçivəsində Omsk vilayətinin "Omiçka" klubu ilə oyunudur. Belə ki, komandamız bu gün 16:10-da Moskvaya, oradan isə Omska gedəcək. "Rabitə"nin Bakını tez tərk etməsi Rusiyada uyğunlaşmaya hesablanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə